XƏBƏRLƏR

Təlim və Tədris Mərkəzində təhsil tətbiqlərinə həsr olunmuş seminar keçirilib

Təlim və Tədris Mərkəzində təhsil tətbiqlərinə həsr olunmuş seminar keçirilib

13 iyun 2019

Baxış sayı: 3118

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzində “Educational Apps in Classrooms” (Sinif otaqlarında təhsil tətbiqləri) adlı təlim keçirilib. Təlimin əsas məqsədi hər gün dəyişən və inkişaf edən dinamik dünyanın qabaqcıl nailiyyətlərinin müasir təhsildə tətbiqi haqqında məlumat vermək olub. Təlimi xarici dillər kafedrasının müəllimi Pərvanə Mövsümova aparıb.

Pərvanə Mövsümova bildirib ki, dərslərdə texnologiyadan səmərəli istifadə müasir dövrün başlıca tələblərindəndir. Müxtəlif vasitələrdən istifadə etməklə dərslər daha maraqlı təşkil oluna bilər və sinif otaqları produktiv bir sahə ola bilər. Belə vasitələrdən biri də təhsil tətbiqləridir. 

Təlimdə dilin öyrənilməsi üçün lazım olan bir sıra tətbiqlərin istifadə qaydaları və səmərəli istifadəsi haqqında məlumat verilib. Dil öyrənmə prosesinin asanlaşdırılması üçün göstərilən tətbiqlər iştirakçıların marağını cəlb edib.

Təlim mövzuya dair müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.06.2019

DİGƏR XƏBƏRLƏR