XƏBƏRLƏR

Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək

Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək

17 iyul 2019

Baxış sayı: 2951

Azərbaycan Universiteti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Köçkünlərlə bərabərik” adlı aksiyaya qoşularaq həmrəylik nümayiş etdirib.

Universitetin bir qrup əməkdaşının Azərbaycan və ingilis dillərində “Köçkünlərlə bərabərik” yazılmış çərçivələrlə çəkdirdiyi şəkillər #withIDPs, #köçkünlərləbərabərik həştəqləri ilə sosial mediada paylaşılıb.

Aksiyada professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, şöbə rəhbərləri, inzibati heyət iştirak edib.

Qeyd edək ki, ictimaiyyətin qaçqın və məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək məqəsdilə keçirilən aksiyaya 20 İyun Ümumdünya Qaçqınlar günündə start verilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi
17.07.2019


DİGƏR XƏBƏRLƏR