XƏBƏRLƏR

Azərbaycan Universitetinə qəbul olan abituriyent və subbakalavrların qeydiyyatı davam edir

Azərbaycan Universitetinə qəbul olan abituriyent və subbakalavrların qeydiyyatı davam edir

26 avqust 2019

Baxış sayı: 2965

Azərbaycan Universitetinə qəbul olan abituriyent və subbakalavrların qeydiyyatı davam edir. Birinci mərhələdən sonra qəbul olanların qeydiyyatı avqustun 27-də, ikinci mərhələdən sonra qəbul olanların qeydiyyatı isə sentyabrın 2-də başa çatacaq.

Qeydiyyat universitetin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında saat 09.00-dan 17.00-dək aparılır.

Ssubbakalavrların nəzərinə çatdırırıq ki, Azərbaycan Universitetində qiyabi təhsilalma forması olmadığından işləyən subbakalavrlar üçün “part-time” təhsil modeli tətbiq olunacaqdır. Bu qərar tələbələr üçün daha geniş təhsil imkanlarının yaradılması məqsədilə alınıb. “Part-time” (tədrisə qismən cəlb olunma) əyani təhsilalma formasının bir növü olub, tədris qrafiki tələbənin özü tərəfindən planlaşdırılır. Bu imkandan faydalanmaq istəyən subbakalavrlar universitetə iş yerindən arayış təqdim etməlidirlər. Onlar daha ətraflı məlumatı qeydiyyat zamanı ala bilər, həmçinin (+99450) 268 38 19 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Abituriyent və subbakalavrlar qeydiyyat üçün lazım olan sənədlərin siyahısı ilə linkə daxil olaraq tanış ola bilərlər.

/az/menu/22/bakalavriata-qeydiyyat-ucun-teleb-olunan-senedlerin-siyahisi

İctimaiyyətlə əlaqələr şöbəsi
26.08.2019


DİGƏR XƏBƏRLƏR