XƏBƏRLƏR

Tələbələrə kredit sistemi ilə tədrisin təşkili qaydaları izah olunub

Tələbələrə kredit sistemi ilə tədrisin təşkili qaydaları izah olunub

24 sentyabr 2019

Baxış sayı: 3730

Azərbaycan Universitetinin birinci kurs tələbələrinə “Kredit sistemi ilə tədrisin təşkili qaydaları: tələbələrin hüquq və öhdəlikləri”  mövzusunda təqdimat keçirilib. Tədbiri Tədris şöbəsinin baş mütəxəssisi Yusif Novruzov aparıb.

Tədbirdə tələbələrə kredit sistemi ilə tədrisin təşkili qaydaları izah olunub, tələbələrin hüquq və öhdəlikləri, akademik məsləhətçinin (tyutor) vəzifələri, fərdi tədris planının tərtib olunması, kredit sitemi ilə tədris, fənlərin yekun qiymətləndirilməsi və bu kimi məsələlər haqqında ətraflı məlumat verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.09.2019

DİGƏR XƏBƏRLƏR