XƏBƏRLƏR

Azərbaycan Universiteti Britaniya universiteti ilə birgə konfrans keçirəcək

Azərbaycan Universiteti Britaniya universiteti ilə birgə konfrans keçirəcək

13 noyabr 2019

Baxış sayı: 2832

Azərbaycan Universiteti Middlesex Universitetinin (London, Böyük Britaniya) tərəfdaşlığı ilə 27 noyabr 2019-cu il tarixində “Gender problemi və müasir Azərbaycan” beynəlxalq elmi konfransını keçirəcək.

Konfransın dəvətli məruzəçisi kimi dünyanın ən tanınmış universitetlərindən biri olan Fransanın Sorbonne Universitetinin professoru Louise Dalingwater məruzə edəcək. Bundan başqa konfransın işində İngiltərə, Yeni Zelandiya və s. xarici ölkələrdən tanınmış alimlərin də iştirakı gözlənilir.

Konfransın əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.

2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbir bu ildən başlayaraq beynəlxalq statusda təşkil olunur. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.

Beynəlxalq konfransın işində ali təhsil müəssisələrinin, AMEA-nın uyğun profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, mətbuatın, səfirliklərin nümayəndələrinin iştirakı planlaşdırılır.

Ətraflı məlumat üçün konfransın səhifəsinə keçid: /az/menu/336/

 

İctimaiyyətlə əlaqələr şöbəsi
13.11.2019


DİGƏR XƏBƏRLƏR