
Noyabr ayının əməkdaşı Rəcəb İsmayılovdur
02.12.2019 1041İctimaiyyətlə əlaqələr şöbəsinin marketinq mütəxəssisi Rəcəb İsmayılov Azərbaycan Universitetində noyabr ayı üzrə “Ayın əməkdaşı” seçilib. Seçimdə əməkdaşın verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirməsi nəzərə alınıb.
“Ayın əməkdaşı” rəhbərlik tərəfindən mükafatlandırılıb.
Rəcəb Rüstəm oğlu İsmayılov 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafik dizayn ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2015-ci ildə Dreamart advertising şirkətində qrafik dizayner olaraq başlayıb.
2019-cu ildən Azərbaycan Universitetində çalışır.
İctimaiyyətlə əlaqələr şöbəsi
02.12.2019