XƏBƏRLƏR

Yay istehsalat təcrübəsində 211 tələbə iştirak edib

Yay istehsalat təcrübəsində 211 tələbə iştirak edib

08 avqust 2016

Baxış sayı: 4568

Azərbaycan Universitetinin Dövlət və bələdiyyə idarəetməsi, kompüter elmləri, kompüter mühəndisliyi, sosial iş, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, dünya iqtisadiyyatı, menecment və Marketinq ixtisası üzrə təhsil alan III kurs tələbələrinin yay istehsalat təcrübəsi başa çatıb. Tələbələr təhsil aldıqları fakültə və ixtisasların profilinə uyğun olan müəssisələrdə olublar.
Qeyd edək ki, bakalavriat pilləsi üzrə ümumilikdə 211 tələbə Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və strukturuna daxil olan qurumlar, Auditorlar Palatası, ASAN Xidmət, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Nəsimi Rayon Bələdiyyəsi, Synergy Group, Veysəloğlu, Az-Granata, Azərsun Holdinq, Baku Steel Company, Nikoil Bank, Delta Telekom, IC Net, Ultra Technologies, Qafqaz Sport Hotel, SOS Uşaq Kəndləri və s. kimi dövlət, biznes və maliyyə qurumları və ictimai təşkilatlarda nəzəri biliklərini praktika ilə uzlaşdırıb.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
08.08.2016

DİGƏR XƏBƏRLƏR