XƏBƏRLƏR

Elmi praktik konfransın materialları çap olunub

Elmi praktik konfransın materialları çap olunub

12 mart 2020

Baxış sayı: 3403

Azərbaycan Universitetində 13 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan “Gənc tədqiqatçıların III respublika elmi-praktik konfransı”nın materialları çap olunub. Konfransa tezis təqdim edən müəlliflər sabahdan başlayaraq konfrans materiallarının çap olunduğu toplunu Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edərək əldə edə bilərlər. Əlavə məlumatı (+99412) 4314112/13/16 (daxili 126) nömrəli telefonla əlaqə saxlayaraq da əldə etmək mümkündür.

Qeyd edək ki, koronavirus (COVİD - 19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə 2 və 7 mart 2020 tarixli sərəncamlarına uyğun olaraq konfransın açılış mərasimi və bölmə iclasları təxirə salınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.03.2020


DİGƏR XƏBƏRLƏR