XƏBƏRLƏR

Almaniya universiteti tələbələrimiz üçün təqdimat keçirdi

Almaniya universiteti tələbələrimiz üçün təqdimat keçirdi

23 sentyabr 2016

Baxış sayı: 4690

Azərbaycan Universitetinin tələbələri üçün Almaniyanin Koblenz Universitetinin təqdimatı keçirilib. Təqdimat bu universitetin nümayəndəsi prof. Magdalena Stülb tərəfindən aparılıb. Tədbirdə əsasən biznes və iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib.
Tədbiri Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov açıb. Dekan iki universitet arasındakı əlaqələr haqqında məlumat verib. Qeyd edib ki, universitetlər arasındakı tələbə mübadiləsi “Erasmus+” proqramı ilə həyata keçirilir.
Prof.  Magdalena Stülb təmsil etdiyi ali təhsil müəssisəsinin tələbə sayı, elmi-pedaqoji heyəti, fakültə və ixtisasları, tədris mühiti, tələbə həyatı, beynəlxalq əlaqələri,  Koblenzdə təhsil alan Azərbaycan Universiteti tələbələri haqqında məlumat verib, sualları cavablandırıb. Qeyd olunub ki, mübadilə proqramları çərçivəsində Koblenz Universitetində oxumaq istəyən tələbələr Azərbaycan Universitetinin beynəlxalq əlaqələr şöbəsinə müraciət etməlidirlər.
Tədbirdə Koblenz Universitetinin tələbəsi Christiane Richter, Azərbaycan Universitetinin tələbəsi Asif Səfərli öz təcrübələrini iştirakçılar ilə bölüşüblər.  Christiane Richter payız semestrini Azərbaycan Universitetində oxuyacaq. Asif Səfərli isə Azərbaycan Universitində MBA Marketinq ixtisası üzrə təhsil alıb. 2015/2016-cı tədris ilinin payız və yaz semestrlərini Koblenz Universitetində oxuyub.
Hazırda isə Azərbaycan Universitetinin 2 tələbəsi – Yelizaveta Şiryayeva və Kamran Mustafayev Koblenz Universitetindədir. Biznes və iqtisadiyyat fakültəsinin (Dünya iqtisadiyatı, BBA, IV kurs) tələbəsi olan Yelizaveta keçən tədris ilinin yaz semestrində burada akademik təcrübə keçib. Kamran Mustafayev  (Mühasibat uçotu və audit, MBA) 2016/2017-ci tədris ilinin payız semestrini Almaniyanın Koblenz Universitetində oxuma hüququ qazanıb.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
23.09.2016

DİGƏR XƏBƏRLƏR