XƏBƏRLƏR

“Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu” mövzusunda vebinar keçirilib

“Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu”  mövzusunda vebinar keçirilib

12 may 2020

Baxış sayı: 2269

İctimai elmlər kafedrası tərəfindən "Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu" mövzusunda vebinar keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunub.

Tədbirdə qeyd olunub ki, müdrik və uzaqgörən dövlət xadimi, Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider bu gün aramızda olmasa da, xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

Elmi işlər üzrə prorektor, prof. Yusif Qasımov qeyd edib ki, Azərbaycanın son 50 illik tarixini kitab kimi vərəqləsək, onun hər səhifəsində ümummilli liderin adına və ictimai-siyasi fəaliyyətinə rast gələ bilərik. Çünki dahi rəhbərin ölkəmizin ən yeni tarixində müstəsna yeri vardır.  O, bizə siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı əmanət qoyub.

İctimai elmlər kafedrasının müdiri, prof. Qabil Əliyev ümumilli liderin Azərbaycanın müstəqil dövlət kimi dünyaya tanıdılması istiqamətindəki fəaliyyəti və xarici səfərləri haqqında məlumat verib. Qabil Əliyev qeyd edib ki, Heydər Əliyevin çoxşaxəli siyasi və ictimai fəaliyyətində Azərbaycanın müstəqil dövlət kimi dünyaya tanıdılması, qüdrətli ölkə kimi təşəkkülü,  Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsi də xüsusi yer tutub.

Sonda vebinara qoşulan müəllim və tələbələr ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxı birlikdə izləyiblər.

Növbəti vebinarların qrafiki aşağıdakı kimidir.

  • 13 may 2020, 13.30 / Elm şöbəsi, Məqalə: jurnal seçimi və çapı” (Doktorant və dissertantlar üçün)
  • 15 may 2020, 13.30 / Sosial işin təşkili kafedrası, Müasir ailə modeli (15 may Beynəlxalq Ailə Gününə həsr olunur)

Vebinarlarımıza qoşulmaq istəyənlər müvafiq kafedra yaxud şöbə ilə əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.05.2020

DİGƏR XƏBƏRLƏR