Müəlliflər üçün təlimatlar

  • Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
  • Təqdim olunan məqalə Microsoft Word proqramında yazılmalıdır. Həcm 5 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material azərbaycan və ya rus dilində təqdim edilirsə, məqalənin sonunda ingilis dilində xülasə əlavə olunmalıdır.
  • Konfransa qeydiyyat haqqı 20 manatdır. 

Məqalənin strukturu aşağıdakı kimi olmalıdır.

  • Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə (kvadrat mötərizədə) verilir (ölçü 14).

Konfransda iştirak etmək istəyənlər tezislərini elm@au.edu.az ünvanına göndərə bilərlər.