Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş
“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri - 2018”

Beynəlxalq konfrans
14-15 May 2018

Son zamanlar yüksək texnologiyaların sürətli inkişafı, onların cəmiyyətin bütün sahələrinə dayanmadan nüfuz etməsi davamlı inkişaf konsepsiyasını və onunla bağlı olan humanitar elmləri elmi ictimaiyyətin diqqət mərkəzində saxlamaqdadır. Artıq kifayət qədər elmi bazaya malik olan humanitar fənlərdən fərqli olaraq davamlı inkişaf anlayışı son bir neçə ildə leksikonumuza daxil olmuş və müxtəlif elm sahələrinin qovşağında ən intensiv öyrənilən mövzulardan birinə çevrilmişdir. Lakin bu sahə hələ də tam olaraq öyrənilməmiş və onun ciddi elmi əsaslarının yaradılmasına, fundamental baxışlarının formalaşdırılmasına ciddi ehtiyac vardır. “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” Beynəlxalq elmi konfransının keçirilməsinin əsas məqsədi bu sahədə çalışan alimlərin yeni ideya və elmi nəticələrinin paylaşılması və müzakirə edilməsi üçün uyğun platforma təqdim etməkdir.