“Gender problem və müasir Azərbaycan”
Respublika elmi-praktiki konfransı
23 noyabr, 2018-ci il

Müasir cəmiyyət nə qədər inkişaf etsə də, social və ictimai münasibətlər sistemi nə qədər təkmilləşsə də gender problem qlobal problemlərdən biri kimi qalmaqdadır. Bu, müasir zamanda da insanlığı narahat edən, düşündürən məsələlərdən birinə çevrilib.

Qadının cəmiyyətdə sosial rolu getdikcə artır, bu gün ailənin, kişi və qadınların həyatında baş verən mühüm dəyişikliklər özünü açıq şəkildə göstərir, ideoloji dəyərlər dəyişir, yeni demokratik ideallar meydana çıxır. Bütün bunlar, eyni zamanda cəmiyyətdə gedən ictimai-siyasi proseslərlə bağlı hər iki cinsin fəallığının artması gender problemlərinin xarakterik xüsusiyyətləri kimi diqqəti cəlb edir.

Bütün bu problemlər dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu və ya digər dərəcədə öz aktuallığını saxlamaqdadır. Odur ki, bu problemin elmi cəhətdən araşdırılmasına, onun həlli üçün elmi metodların işlənib hazırlanmasına ehtiyac vardır. Azərbaycan Universiteti tərəfindən təşkil edilən və mütəxəssislərin ciddi marağına səbəb olacaq “Gender problem və müasir Azərbaycan” respublika elmi konfransının ideyası da məhz bu zərurətdən yaranmışdır.