İkinci ali təhsil

Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün 5 ixtisas üzrə ikinci ali təhsil almaq istəyənlər üçün tələbə qəbulu elan edir.

Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır. 

  • Tərcümə (İngilsi dili)
  • Maliyyə
  • Menecment
  • Marketinq
  • Sosial iş

Yuxarıda qeyd olunmuş ixtisaslar üzrə ikinci ali təhsil almaq istəyənlər 10 sentyabr tarixinə qədər aşağıdakı sənədləri saat 10.00-dan 15.00-dək universitetə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71) təqdim etməlidirlər.

  • Rektorun adına ərizə
  • Ali təhsil haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından çıxarış  (notarial qaydada təsdiq olunmuş)
  • Əmək kitabçasının surəti
  • Sağlamlıq haqqında arayış
  • 3х4 sm ölçüdə 4 ədəd fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti

Təhsil ödənişli əsaslarla təşkil olunacaq. Daha ətraflı məlumat almaq istəyənlər 0554571166 nömrəli telefon yaxud nushaba.guliyeva@au.edu.azquliyeva.nushaba@mail.ru elektron poçt ünvanları ilə əlaqə saxlaya bilərlər.