2018/2019-cu tədris ili - MAGİSTRATURA II TUR

Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün magistratura pilləsinin boş qalan plan yerlərinə tələbə qəbulu elan edir. 

Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.

Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.

Magistratura II turda Kompüter elmləri və Tarix ixtisaslaşmalarına Dövlət sifarişi ilə qəbul olmaq mümkündür. Digər ixtisaslaşmalar üzrə Dövlət sifarişi ilə olan yerlər I turda dolub. MBA proqramına qəbul yalnız ödənişli əsaslarla aparılır. 

Bütün ixtisaslşamalarda təhsil ödənişi 2000 manatdır.

Qəbul aparılan ixtisaslaşmalar

  • 263117 Kompüter elmləri - İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 3  yer
  • 263166  Filologiya - Azərbaycan ədəbiyyatı – 10 yer
  • 263174  Filologiya - Azərbaycan dili – 10 yer
  • 263182  Filologiya - Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) – 5 yer
  • 263199 Filologiya - Dilşünaslıq (İngilis dili) – 4 yer
  • 263239 Tarix - Azərbaycanın yeni və ən yeni tarixi – 7 yer
  • 263125  MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) – 10 yer
  • 263133 MBA - Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə) – 9 yer
  • 263141 MBA - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə)  - 10 yer
  • 263158  MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – 20 yer
  • MBA proqramına qəbul rus bölməsi ilə birgə aparılır. Tədris ingilis dilindədir.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.
  • Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
  • Ödənişli əsaslarla təhsil alan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr; Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları təhsil ödənişindən azaddırlar. Həmin tələbələr yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əslini və surətini universitetə təqdim etməlidirlər.

Daha ətraflı məlumat üçün 
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv