Azərbaycan Universitetinə qəbul

Azərbaycan Universitetinə qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM ) tərəfindən və ümumi qaydalarla həyata keçirilir. 

Bakalavriat və magistratura səviyyəsində bütün ixtisaslar üzrə dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul aparılır. MBA proqramı istisnadır. MBA Proqramı (Proqram No: 56) üzrə bütün ixtisaslaşmalara tələbə qəbulu yalnız ödənişli əsaslarla həyata keçirilir.  

2019/2020-ci tədris ilindən başlayaraq SAT imtahanı ilə də tələbə qəbulu aparılır. İmtahanın nəticəsi minimum 1000 olmalıdır.

Əcnəbi tələbələrin Azərbaycan Universitetinə qəbulu ildə bir dəfə olmaqla, iyun-iyul aylarında həyata keçirilir. Əcnəbi tələbələr üçün bakalavriat və magistratura səviyyələrində 10 ixtisas təklif olunur.