“Azərbaycanda ali təhsilə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” respublika konfransı
23 may 2019-cu il, Azərbaycan Universiteti

Son zamanlar Azərbaycanın təhsil sistemi yeni çağırışlar qarşısındadır. İqtisadiyyatın xammal sahəsindən insan kapitalı sahəsinə köçürülməsi tendensiyası bu siyasətə uyğun müasir mütəxəssislərin yetişdirilməsini aktual edir ki, bu məsələ də təhsil sisteminin qarşısına yeni vəzifələr qoyur. Odur ki, müasir təhsilimiz, onun problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlərin araşdırılmasına, onların həlli üçün elmi metodların işlənib hazırlanmasına ciddi ehtiyac yaranıb. “Azərbaycanda ali təhsilə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər” respublika konfransının məqsədi məhz bu məsələlərin müzakirəsi üçün elmi platforma təqdim etməkdir. May ayında keçiriləcək tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunacaq.