Azərbaycan Universiteti 2019/2020-ci tədris ili üçün ikinci ali təhsil üzrə tələbə qəbulu elan edir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır.
Menecment
Marketinq
Yuxarıda qeyd olunmuş ixtisaslar üzrə ikinci ali təhsil almaq istəyənlər 1 may 2019-cu il tarixinə qədər aşağıdakı sənədləri saat 10.00-dan 15.00-dək universitetə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71) təqdim etməlidirlər.
Rektorun adına ərizə
Ali təhsil haqqında sənədin (diplomun) surəti və diplom əlavəsinin surəti (notarial qaydada təsdiq olunmuş)
Əmək kitabçasının surəti
Sağlamlıq haqqında arayış
3х4 sm ölçüdə 4 ədəd fotoşəkil
Şəxsiyyət vəsiqəsinin surəti
Qəbul müsabiqə yolu ilə aparılır. Təhsil ödənişli əsaslarla təşkil olunacaq. Daha ətraflı məlumat almaq istəyənlər 0554571166 nömrəli telefon yaxud nushaba.guliyeva@au.edu.az, quliyeva.nushaba@mail.ru elektron poçt ünvanları ilə əlaqə saxlaya bilərlər.