Bakalavriat pilləsi üzrə boş qalan plan yerləri

Abituriyentlərin nəzərinə!

Azərbaycan Universiteti 2019/2020-ci tədris ili üçün bakalavriat pilləsi üzrə boş qalan plan yerlərinə qəbul elan edir. Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən və ümumi qaydalarla aparılır.

Boş qalan plan yerlərinin siyahısı 

  • 155139 Regionşünaslıq  (Avropa ölkələri üzrə) (tədris Azərbaycan dilində) - 30 yer
  • 155188 İqtisadiyyat (tədris Azərbaycan dilində) - 2 yer
  • 155196 İqtisadiyyat (tədris ingilis dilində) – 15 yer
  • 155211 Menecment (tədris Azərbaycan dilində) – 10 yer
  • 155228 Menecment (tədris ingilis dilində) – 14 yer
  • 155236 Marketinq (tədris Azərbaycan dilində) – 40 yer
  • 155244 Marketinq (tədris ingilis dilində) – 5 yer
  • 155252 Biznesin idarə edilməsi (tədris Azərbaycan dilində) - 3 yer
  • 155269 Biznesin idarə edilməsi (tədris ingilis dilində) – 4 yer
  • 155277 Kommersiya (tədris Azərbaycan dilində)  – 48 yer

Abituriyentlərin nəzərinə çatdırırıq ki,

  • Bütün ixtisaslar üzrə təhsilalma forması əyanidir.
  • Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.
  • Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlayırlar.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin hesabına təqaüd alırlar.
  • Azərbaycan Universiteti tərəfindən təsis olunan "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
  • 2019/2020-ci tədris ilindən başlayaraq tətbiq olunacaq Universitet Daxili İki Diplom Proqramına (UDİD) əsasən tələbələr 4 ildə 2 diplom ala biləcəklər. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
  • 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
  • 500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə xüsusi güzəşt tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır.
  • Tələbələrə “Erasmus+”, “Mövlanə” və DAAD (Alman Akademik Mübadilə Xidməti) proqramları vasitəsilə xaricdə tam təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
  • Tələbələrə 4 il ərzində ixtisas diplomu ilə yanaşı kompüter biliyinin beynəlxalq səviyyədə təsdiq edən ECDL (European Computer Driving Licence) və ingilis dili biliyinin beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatları verilir.
  • Marketinq, Biznesin idarə edilməsi, Kommersiya, Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır.
  • Hər ixtisas üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbələr birinci tədris ili üçün ictimai nəqliyyatda gediş haqqı ilə təmin edilirlər.
  • 2019/2020-ci tədris ilində qəbul olan bütün tələbələr təhsil müddəti ərzində “AtaSığorta” tərəfindən sığortalanırlar.
  • Abituriyentlər boş qalan plan yerlərinə ixtisas seçimi günlərində texniki dəstək və məsləhət xidməti almaq üçün Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71 ünvanında fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz Dövlət İmtahan Mərkəzi ilə əldə edilmiş razılığa əsasən yaradılıb və həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Daha ətraflı məlumat üçün
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (172), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi Facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv