İxtisas: Kompüter mühəndisliyi
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Magistratura
Təhsilin müddəti: 4 semestr (2 il)
İxtisaslaşma: Kompüter mühəndisliyi
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Magistr
Minimum tələblər
Azərbaycan Universitetinin magistratura ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
Xarici vətəndaşlar isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etmədən Azərbaycan Universitetinə müraciət edə bilərlər. Azərbaycan Universitetinin magistratura proqramlarına müraciət etmək istəyən xarici vətəndaşlar doldurulmuş ərizə forması ilə yanaşı bakalavriat diplomunun surəti, bakalavriat diplomunun əlavəsinin surəti (Transkript), IELTS, TOEFL kimi ingilis dili biliklərini göstərən sənədin surəti (yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər), CV (Curriculum Vitae), xarici pasportun surəti, iki tövsiyə məktubu, 300-400 sözdən ibarət motivasiya məktubunu poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
Proqramın məqsədi ixtisas üzrə magistr elmi dərəcəsinin verilməsi üçün müvafiq dövlət standartına uyğun kadr hazırlığının həyata keçirilməsidir. Kompüter mühəndisliyi üzrə magistratura pilləsi bu sahəni dərindən bilən müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə müxtəlif elmi texniki, mühəndis kontruktor, iqtisadi modelləşdirmə məsələlərinin həllində fəaliyyət göstərən mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Mövcud əmək bazarı kompüter mühəndisliyi ixisasından müasir informasiya sistemlərinin layihələndirilməsi, onların texniki, proqram təminatının, verilənlər bazasının yaradılması və idarə edilməsi sahəsində nəzəri və praktik bilikləri tələb edir. Odur ki, kompüter mühəndisliyi üzrə magistr dərəcəsini almış mütəxəssislər kompüter şəbəkələrinin qurulması, istismarı, internet texnologiyaları, texniki və proqram məhsullarının yaradılması, müxtəlif sahələri əhatə edən mobil tətbiqlərin hazırlanması, kompüterlərin, kompüter şəbəkələrinin informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə nəzəri biliklərə və praktik bacarıqlara sahib olmalıdırlar.
Təhsil haqqı
2000 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhin Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (133), (+99455) 220 40 58
E-poşt: qebul@au.edu.az