İxtisas: Filologiya
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Magistratura
Təhsilin müddəti: 4 semestr (2 il)
İxtisaslaşma: Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı)
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Magistr
Minimum tələblər
Azərbaycan Universitetinin magistratura ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
Xarici vətəndaşlar isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etmədən Azərbaycan Universitetinə müraciət edə bilərlər. Azərbaycan Universitetinin magistratura proqramlarına müraciət etmək istəyən xarici vətəndaşlar doldurulmuş ərizə forması ilə yanaşı bakalavriat diplomunun surəti, bakalavriat diplomunun əlavəsinin surəti (Transkript), IELTS, TOEFL kimi ingilis dili biliklərini göstərən sənədin surəti (yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər), CV (Curriculum Vitae), xarici pasportun surəti, iki tövsiyə məktubu, 300-400 sözdən ibarət motivasiya məktubunu poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
Proqramın məqsədi ixtisas üzrə magistr elmi dərəcəsinin verilməsi üçün Amerika ədəbi prosesi haqqında sistemli biliklərin formalaşdırılması prinsiplərinin müəyyən olunmasıdır. Amerika ədəbiyyatı ilə bağlı biliklərin mənimsənilməsi prosesində bəşəriyyətin keçdiyi mədəni mərhələlərin özünəməxsusluğunu dərk edə bilmək, mühüm ədəbi-bədii hadisələri səciyyələndirmək, ədəbiyyatşünaslıq sahəsində aparılmış tədqiqatların təcrübəsindən çıxış edərək mətnləri təhlil etmək bacarığı aşılanır.
İxtisas üzrə magistr dərəcəsini əldə etmək üçün Amerika ədəbiyyatı üzrə təhsil alan magistrantlar Amerika ədəbiyyatı biliklərinin dolğunluğunu və sistemliliyini müəyyən etmək, ədəbi prosesin tədqiqinin aktual metodoloji problemlərini dərk etmək məqsədini güdür. Tədris prosesində Amerika ədəbi prosesinin ümumi problemləri ilə yanaşı bu prosesi istiqamətləndirən aparıcı nümayəndələrinin rolu haqqında biliklərin əldə edilməsi nəzərdə tutulur.
Təhsil haqqı
2000 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (133), 055 220 40 58
E-poçt: qebul@au.edu.az