İxtisas: Filologiya
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Magistratura
Təhsilin müddəti: 4 semestr (2 il)
İxtisaslaşma: Dilşünaslıq (ingilis dili)
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Magistr
Minimum tələblər
Azərbaycan Universitetinin magistratura ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
Xarici vətəndaşlar isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etmədən Azərbaycan Universitetinə müraciət edə bilərlər. Azərbaycan Universitetinin magistratura proqramlarına müraciət etmək istəyən xarici vətəndaşlar doldurulmuş ərizə forması ilə yanaşı bakalavriat diplomunun surəti, bakalavriat diplomunun əlavəsinin surəti (Transkript), IELTS, TOEFL kimi ingilis dili biliklərini göstərən sənədin surəti (yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər), CV (Curriculum Vitae), xarici pasportun surəti, iki tövsiyə məktubu, 300-400 sözdən ibarət motivasiya məktubunu poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
Proqramın məqsədi ixtisas üzrə magistr elmi dərəcəsinin verilməsi üçün dilçiliyin struktur qatlarını, ictimai-fəlsəfi məsələlərini tədqiq etmək, həm də dünya dillərinin öyrənilməsi tarixini və bunun üçün istifadə olunan metodları göstərməkdir. Bu ixtisas üzrə təhsil alan tələbələr dilçilik elminin problemlərini ən müasir elmi tədqiqatlar vasitəsilə araşdırmalı və tətbiqi və nəzəri linqvistikanın əsas problemlərini də araşdırmaya cəlb etməlidirlər.
Bu ixtisas dilin sistem və struktur xüsusiyyətlərini, müxtəlif realizə imkanlarını, dilçilik tarixini, nəzəriyyəsini və metodlarını özündə birləşdirərək, dilçilik ixtisasına yiyələnmə məqsədini daşıyır və hər bir dilin ayrı-ayrılıqda ciddi şəkildə tədqiq olunması üçün zəmin yaradır. Həmçinin magistr elmi dərəcəsinə yiyələnən tələbə dilçilik sahəsində müasir elmi nəticələrin tənqidi təhlili və qiymətləndirilməsi qabiliyyətinə malik olacaqdır.
Təhsil haqqı
2000 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (133), 055 220 40 58
E-poçt: qebul@au.edu.az