İxtisas: Tarix
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Magistratura
Təhsilin müddəti: 4 semestr (2 il)
İxtisaslaşma: Azərbaycanın yeni və ən yeni tarixi
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Magistr
Minimum tələblər
Azərbaycan Universitetinin magistratura ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
Xarici vətəndaşlar isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etmədən Azərbaycan Universitetinə müraciət edə bilərlər. Azərbaycan Universitetinin magistratura proqramlarına müraciət etmək istəyən xarici vətəndaşlar doldurulmuş ərizə forması ilə yanaşı bakalavriat diplomunun surəti, bakalavriat diplomunun əlavəsinin surəti (Transkript), IELTS, TOEFL kimi ingilis dili biliklərini göstərən sənədin surəti (yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər), CV (Curriculum Vitae), xarici pasportun surəti, iki tövsiyə məktubu, 300-400 sözdən ibarət motivasiya məktubunu poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
Tədris planı bu ixtisas üzrə təhsil alan tələbələrə Azərbaycanın yeni və müasir dövründə, yəni XIX əsrin başlanğıcında ölkəmizin şimal hissəsinin Rusiya imperiyası tərəfindən işğalı zamanından bizim günlərədək bütün mühüm problemləri əhatə edən tarixi bilgiləri verməyi nəzərdə tutur. Tədris prosesində ilk növbədə Rusiyanın işğalçılıq siyasəti və ona qarşı müqavimət, xalqın milli oyanışı, soyqırımları və deportasiyalar, əhalinin say tərkibində dəyişikliklər, Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərlə münasibətləri, ulu öndər Heydər Əliyevin hakimiyyət dövründəki tədbirləri, XXI əsrin ilk onilliklərində Azərbaycanın uğurları müstəqil ixtisas kursları kimi öyrədilir, bütövlükdə son 200 ildə böyük əhəmiyyətə malik, ölkəmizin həyatında mühüm yer tutan hadisələrə daha çox diqqət yetirilir. Tələbələri elmi-tədqiqat metodları ilə tanış etmək, onlarda elmi araşdırma aparma bacarığı formalaşdırmaq mühüm məqsəd kimi qarşıya qoyulur.
Təhsil haqqı
2000 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (133), 055 220 40 58
E-poçt: qebul@au.edu.az