İxtisas: Sosial iş
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Magistratura
Təhsilin müddəti: 4 semestr (2 il)
İxtisaslaşma: Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Magistr
Minimum tələblər
Azərbaycan Universitetinin magistratura ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
Xarici vətəndaşlar isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etmədən Azərbaycan Universitetinə müraciət edə bilərlər. Azərbaycan Universitetinin magistratura proqramlarına müraciət etmək istəyən xarici vətəndaşlar doldurulmuş ərizə forması ilə yanaşı bakalavriat diplomunun surəti, bakalavriat diplomunun əlavəsinin surəti (Transkript), IELTS, TOEFL kimi ingilis dili biliklərini göstərən sənədin surəti (yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər), CV (Curriculum Vitae), xarici pasportun surəti, iki tövsiyə məktubu, 300-400 sözdən ibarət motivasiya məktubunu poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
Bu ixtisas tələbələrə sosial sistemin və cəmiyyətin birgə fəaliyyəti nəticəsində inkişafın və tərəqqinin mümkün olduğunu öyrədir. Bu proqram sosial məsələlər, sosial problemlər, sosial rifah və Sosial işə aid qanunvericilik bazası, sosial siyasət, Sosial işin nəzəriyyələri və sosial iş müdaxilələri barədə biliklərin ötürülməsinə xidmət edir. Ehtiyacların araşdırılması və təhlil edilməsi, nəticələrə müvafiq Sosial işin həyata keçirilməsi, eyni zamanda bu sahədə tədqiqat aparmaq bacarıqlarını aşılayır.
Magistrlər Sosial iş peşəsi üçün vacib olan bilik və bacarıqlara yiyələnir, din, etnik mənsubiyyət, gender, yaş və funksionallığın insanların hüquqlarına və onlara qarşı olan münasibətə təsiri meyilləri, irqindən, dinindən, yaşından, cinsindən, fiziki, əqli və funksional durumundan, sosial statusundan asılı olmayaraq insanların sosial mühitlə qarşılıqlı əlaqələri barədə məlumatlı olurlar.
Təhsil haqqı
2000 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (133), 055 220 40 58
E-poçt: qebul@au.edu.az