İxtisas: Filologiya elmləri
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Doktorantura
Təhsilin müddəti: 4 il (qiyabi)
İxtisaslaşma: Azərbaycan ədəbiyyatı
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Filologiya üzrə fəlsəfə doktoru
Minimum tələblər
Xarici vətəndaşların Azərbaycan Universitetinin doktorantura / dissertantura proqramlarına qəbulu müsabiqə əsasında aparılır. Namizədlər aşağıda qeyd olunmuş sənədləri poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər.
- Kadrların şəxsi qeydiyyat vərəqi
- Tərcümeyi-hal
- 4 ədəd fotoşəkil (3x4)
- İş yerindən xasiyyətnamə
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
- Elmi rəhbərin yazılı razılığı
- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- Xarici pasportun surəti
Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
Proqram Azərbaycan ədəbiyyatı üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığının nəzəri məzmununu və gələcək elmi-tədqiqat və pedaqoji fəaliyyətdə tətbiqi üçün zəruri olacaq bilik, bacarıq və vərdişlərin sistemli məcmusunu ehtiva edir. Müasir sosial-mədəni durum filoloqdan yüksək peşəkarlıq səriştəsi tələb edir. Bu baxımdan fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün nəzərdə tutulmuş Azərbaycan ədəbiyyatı ixtisası tədqiqatçının nəzəri və praktik hazırlığını müəyyənləşdirməyə xidmət edir. Eyni zamanda ali təhsil müəssisələrində müvafiq sahə üzrə pedaqoji fəaliyyət, tələbələrin elmi yaradıcılığının təşkili səriştəsi, elmi-tədqiqat layihələrinin, kollektiv araşdırmaların planlaşdırılması və icrası vərdişləri, müasir elmi paradiqmada fəaliyyət, inteqrasiya və tədqiqatın aktuallaşdırılması qabiliyyətinin formalaşdırlımasına da xidmət edir.
Təhsil haqqı
1500 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (126), 050 268 38 00
E-poçt: nisakhanim.babayeva@au.edu.az