İxtisas: Filologiya elmləri
Fakültə: Magistratura və doktorantura şöbəsi
Təhsilin səviyyəsi: Dissertantura
Təhsilin müddəti: 4 il (qiyabi)
İxtisaslaşma: Dünya ədəbiyyatı
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Filologiya üzrə fəlsəfə doktoru
Minimum tələblər
Xarici vətəndaşların Azərbaycan Universitetinin doktorantura / dissertantura proqramlarına qəbulu müsabiqə əsasında aparılır. Namizədlər aşağıda qeyd olunmuş sənədləri poçt yaxud e-poçt vasitəsilə universitetə göndərməlidirlər.
- Kadrların şəxsi qeydiyyat vərəqi
- Tərcümeyi-hal
- 4 ədəd fotoşəkil (3x4)
- İş yerindən xasiyyətnamə
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
- Elmi rəhbərin yazılı razılığı
- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- Xarici pasportun surəti
Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
Müraciəti qəbul olunan namizədlər Azərbaycan Universitetinə gələrkən yuxarıda qeyd olunmuş sənədlərin əslini təqdim etməlidirlər. Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılırlar.
Tədris proqramının qısa təsviri
Dünya ədəbiyyatı ixtisası üzrə mütəxəssis tarixi planda dünya ədəbi prosesi haqqında sistemli biliklərin formalaşdırılması prinsiplərinə yiyələnməlidir. Dünya ədəbiyyatı ilə bağlı biliklərin mənimsənilməsi prosesində bəşəriyyətin keçdiyi mədəni mərhələlərin özünəməxsusluğunu dərk edə bilmək, mühüm ədəbi-bədii hadisələri səciyyələndirmək əsas məqsədi təşkil edir. Həmçinin ədəbiyyatşünaslıq sahəsində aparılmış tədqiqatların təcrübəsindən çıxış edərək mətnləri təhlil etmək bacarığı aşılanır. Bu proqramda dünya ədəbiyyatı biliklərinin dolğunluğunu və sistemliliyini müəyyən etmək, ədəbi prosesin tədqiqinin aktual metodoloji problemlərinin dərk olunmasına yönəlib.
Təhsil haqqı
1500 azn
Əlaqə
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (126), 050 268 38 00
E-poçt: nisakhanim.babayeva@au.edu.az