İxtisasın adı: Regionşünaslıq (Avropa ölkələri üzrə)
İxtisas qrupu: II
Fakültə: Biznes və iqtisadiyyat
Təhsilin səviyyəsi: Bakalavriat
Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Geosiyasi şəraiti daima nəzarətdə saxlamaq istəyən dövlətlər maraqlı olduqları regionda dövlətlərarası münasibətlər haqqında dolğun və obyektiv informasiya əldə etmək istəyirlər. Bu informasiyanı toplamaq və onun əsasında hərtərəfli araşdırmalar aparmaq isə regionşünas mütəxəssislərin işidir. Ölkədaxili, beynəlxalq və regional müstəvidə aparılan araşdırmalar, hazırlanan hesabatlar, geosiyasi konsepsiyalar dövlətlərin öz strateji hədəflərini müəyyənləşdirməsinə, düzgün qərarlar qəbul etməsinə köməklik göstərir.
Regionşünaslıq konkret olaraq hər hansı bir regionu öyrənən elm sahəsidir. Məqsədi region ölkələri arasında baş verən hadisələri izləmək, informasiya toplamaq, mövcud problemləri öyrənmək, onların müasir siyasi, iqtisadi, hüquqi və diplomatik əlaqələrini təhlil etmək, analitik və stratejik araşdırmalar aparmaqdır. Regionşünaslıq həmçinin müxtəlif ölkələrin tarix və mədəniyyətini, dil və ədəbiyyatını, coğrafiyasını, demoqrafik quruluşunu öyrənir.
Azərbaycan Universitetinin regionşünaslıq ixtisasına qəbul Avropa ölkələri istiqaməti üzrə aparılır.
Təhsil haqqı:
Azərbaycan bölməsi, əyani – 2500 AZN