XƏBƏRLƏR

Azərbaycan Universitetində valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib

Azərbaycan Universitetində  valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib

06 dekabr 2024

Baxış sayı: 265

Azərbaycan Universitetində Sosial iş kafedrasının təşkilatçılığı ilə “Ünsiyyət: valideyn-övlad ünsiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Kafedranın baş müəllimi, psixoloq Lalə Babayevanın moderatorluğunda baş tutan tədbirdə Korreksiyaedici təlim ixtisasının birinci kurs tələbələri və onların valideynləri iştirak edib. 

Lalə Babayeva tədbiri giriş sözü ilə açaraq valideynlərə Azərbaycan Universiteti haqqında məlumat verib, tədbirin mahiyyətini və məqsədini qeyd edib. Ardınca isə ünsiyyət anlayışı, növləri, ünsiyyət prosesində nitqin rolu, valideyn-övlad ünsiyyəti, valideyn-övlad münasibətində ortaya çıxan anlaşılmazlıq, problem və konfliktlərin xarakteri, uşaqların fikirlərinin öyrənilməsinin əhəmiyyəti, övladlarla sağlam münasibətə nail olmağın yolları kimi mövzulara toxunub. 

Psixoloqun çıxışının ardından tədbirdə iştirak edən valideyn və övladların qarşılıqlı münasibətini, yaxınlıq və konflikt dərəcəsini müəyyən etmək üçün onlara əvvəldən hazırlanmış  test blankları təqdim edilib. Testlərin hazırlanmasında Təhsildə sosial – psixoloji xidmət ixtisasının IV kurs tələbələri də iştirak ediblər. 

Əldə edilən nəticələr təhlil edildikdən sonra tələbələrə və onların valideynlərinə elektron şəkildə məlumat veriləcək.                                 

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR