XƏBƏRLƏR
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva fəxri professor adına layiq görülüb
Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına layiq görülüb. Rektora bu barədə universitetin fəxri diplomu təqdim olunub.
Mamun Universitetinin Elmi Şurasının müvafiq qərarı Səadət Əliyevanın universitetdə tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, peşəkar heyətin hazırlanması istiqamətində səyləri və təhsil sisteminin inkişafına verdiyi töhfələri nəzərə alaraq, həmçinin onun elm və təhsil sahəsində əldə etdiyi uğurlara əsasən qəbul edilib.
Qərarı Mamun Universitetinin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sardorbek Sharifzoda imzalayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi
18 avqust 2026
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır
11 avqust 2026
Abiuriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verilib
03 avqust 2026
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29 iyul 2026

