XƏBƏRLƏR
Elmi məqalələrin nüfuzlu jurnallarda nəşrinə dair seminar keçirilib
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının təşəbbüsü ilə kafedranın professoru Azad Məmmədov tərəfindən “İndekslənən bazalarda çap olunan məqalələrin yazı qaydaları və formatı” mövzusunda seminar keçirilib. Seminarda elmi məqalələrin yüksək indeksli jurnallara çap edilməsi üçün tələb olunan standartlarda hazırlanıb təqdim edilməsi məsələləri müzakirə edilib.
Seminar elmi məqalənin annotasiyası, ədəbiyyat siyahısı, yazı stilinin jurnalın tələblərinə uyğun hazırlanması, eləcə də istinadların jurnalın tələblərinə uyğun, tam və düzgün şəkildə yazılması mövzularını əhatə edib.
Azad Məmmədov sonda seminar iştirakçılarının mövzuya dair suallarını cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır
11 avqust 2026
Abiuriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verilib
03 avqust 2026
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29 iyul 2026
Abituriyentlər üçün məsləhət mərkəzi
27 iyul 2026
Azərbaycan Universiteti magistratura səviyyəsinə 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramı üzrə qəbul aparır
17 iyul 2026
Doktorant Yeganə İsgəndərovaya fəlsəfə doktoru diplomu təqdim olunub
10 iyul 2026
