XƏBƏRLƏR

Rektor Səadət Əliyevanın professor Səlahəddin Xəlilov ilə görüşü olub

Rektor Səadət Əliyevanın professor Səlahəddin Xəlilov ilə görüşü olub

16 oktyabr 2026

Baxış sayı: 425

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva universitetin təsisçi rektoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov ilə görüşüb. Görüşdə Azərbaycan Universitetinin inkişaf prioritetləri və strateji hədəfləri, o cümlədən ali təhsilin müasir çağırışları ətrafında fikir mübadiləsi aparılıb. Universitetin fəaliyyətini və uğurlarını yaxından izlədiyini bildirən Səlahəddin Xəlilov kollektivə yeni uğurlar arzulayıb.

Növbəti dəfə universitetdə olmaqdan məmnuniyyətini ifadə edən Səlahəddin Xəlilov “Fəlsəfə və ədəbiyyat” adlı çap olunmuş sonuncu kitabını rektor Səadət Əliyevaya hədiyyə edib. Görüş kitabda yer alan mövzular ətrafında müzakirə ilə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR