NEWS

Azərbaycan Universiteti PETRA layihəsinin ilk idarəedici görüşündə təmsil olunub

Azərbaycan Universiteti PETRA layihəsinin ilk idarəedici görüşündə təmsil olunub

20 july 2017

Baxış sayı: 4900

Azərbaycan Universiteti “Azərbaycan Universitetlərində Tədris və Təlimin Təkmilləşdirilməsi” (PETRA) adlı ERASMUS + layihəsinin ilk idarəedici görüşündə rektor məsləhətçisi Əli Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov tərəfindən təmsil olunub. Bəxtiyar Bədəlov tədbirdə Azərbaycan Universiteti və layihə haqqında təqdimatla çıxış edib.  

Layihənin koordinatoru Valensiya Politexnik Universitetidir. Layihənin əsas məqsədləri; tədris və təlim prosesinin pedaqoji və texnoloji ehtiyaclarını ödəmək üçün insan kapitalının inkişaf etdirilməsi və innovativ texnologiya, tədqiqatın, fəal öyrənmənin və Avropa universitetləri ilə uzunmüddətli münasibətlərin qurulması vasitəsilə keyfiyyətli tədris və təlimin inkişaf etdirilməsi və təmin edilməsidir.

Layihəyə 8 Azərbaycan Universiteti (Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi) və 5 Avropadan Universiteti (Jyvaskyla Universiteti - Finlandiya, Debrecen Universiteti - Macarıstan, Valensiya Politexnik Universiteti - İspaniya, Vyana Tətbiqi Elmlər Universiteti - Avstriya, Qazi Universiteti - Türkiyə) tərəfdaşlıq edir.

İki günlük görüş müddətində layihə çərçivəsində nəzərdə tutulmuş işlərin planı, maliyyə məsələləri, hər bir tərəfdaş universitetin layihədəki rolu və cavabdeh olduğu işlər, potensial risk və onların həll olunması yolları müzakirə olunub, 6 aylıq və bir illik səfər planları müəyyənləşdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
20.07.2017


OTHER NEWS