NEWS

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov əməkdar elm xadimlərini təbrik edib

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov əməkdar elm xadimlərini təbrik edib

19 november 2015

Baxış sayı: 4474

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov Azərbaycan filologiyası və jurnalistika kafedrasının müəllimləri prof. Məhərəm Qasımlı və prof. Kamran Əliyevlə görüşüb. Rektor, ölkə prezidenti İlham Əliyev tərəfindən görkəmli alim və elm xadimlərinin əməyinin daim yüksək qiymətləndirildiyini bildirərək, müəllimləri “Əməkdar elm xadimi” fəxri adı almaları münasibətiylə təbrik edib.

Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimovanın da iştirak etdiyi görüşdə universitetdə tədris prosesinin təşkili və qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı fikir mübadiləsi və müzakirələr də aparılıb.
Qeyd edək k, Azərbaycan prezidenti İlham Əliyevin 5 noyabr 2015-ci il tarixində imzaladığı sərəncamla Azərbaycan filologiyası və jurnalistika kafedrasının müəllimləri prof. Məhərəm Qasımlı və prof. Kamran Əliyevə “Əməkdar elm xadimi” fəxri adı verilib. Fəxri ad müəllimlərimizə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə verilib.
Filologiya elmləri doktoru, prof. Məhərrəm Paşa oğlu Qasımlı AMEA Ədəbiyyat İnstitutu, Azərbaycan Aşıqlar Birliyinin I katibi, ədəbiyyatşünas, folklorşünası, şairdir. Qədim və orta dövr Azərbaycan ədəbiyatının məşhur bilicisi olan Məhərrəm Qasımlı Dövlət Mükafatı laureatıdır. 1994-cü ildən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin redaksiya heyətindədir. Aşıq sənəti (1996), Sənə sözüm var (2004), Ozan-aşık sanatı (2010) monoqrafiyalarının müəllifidir. Ölkədə və xaricdə nüfuzlu elmi jurnallarla məqalələri çap olunub.
Filologiya elmləri doktoru, prof. Kamran İmran oğlu Əliyev Azərbaycan Yazçılıar Birliyinin üzvü, romatik üslubun tədqiqatçısıdır. XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri (1985), Hüseyn Cavidin şəxsiyyəti və poetikası (1997), Mirzə Fətəlidən Hüseyn Cavidə qədər (1998), Cavid möcüzəsi (2002), Azərbaycan reomantizminin poetikası (2002), Azərbaycan romatizminin nəzəriyyəsi (2006), Romatizm və folklor (2006), Теория Азербайджанского романтизма (2006), Hüseyn Cavid: Həyatı və yaradıcılığı (2008), Abbas Zamanov olmasaydı (2011), Eposun poetikası: Dədə Qorqud və Koroğlu (2011), Tənqidin poetikası (2012) monografiyalarının, Ədəbiyat (2010), Azərbaycan dili (2011) dərs vəsaitlərinin, Sədərək Döyüşləri (1992) kitablarının müəllifidir.
Müəllimlərimizi təkrar təbrik edir, onlara can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
19.11.2015

OTHER NEWS