NEWS

Tərcüməçi tələbələr yeni il şənliyində ingilis dili bacarıqlarını sərgiləyiblər

Tərcüməçi tələbələr yeni il şənliyində ingilis dili bacarıqlarını sərgiləyiblər

24 december 2015

Baxış sayı: 4821

Azərbaycan Universitetində İngilis dili (Tərcümə) ixtisası üzrə təhsil alan II kurs tələbələri tərəfindən “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  Yeni il” münasibətiylə bayram şənliyi keçirilib. Böyük maraqla qarşılanan ədəbi-bədii tədbirdə tələbələr ingilis dili bacarıqlarını sərgiləyiblər.
İngilis dilində keçirilən tədbirdə tarixdə yeni ilin bayram kimi qeyd olunmasının tarixi, dünyanın müxtəlif xalqlarının yeni ili qarşılama forma və ənənələri, Azərbaycanda insanların  məişətinə daxil olması haqqında məlumat verilib, tələbələrin ifasında şeir və mahnılar səsləndirilib, bir-birindən rəngarəng rəqs və musiqi nömrələri təqdim edilib.
Qeyd edək ki, tələbələr şənliyə Xarici dillər-1 kafedrasının müəllimlərinin rəhbərliyi ilə hazırlaşıblar.
Tədbirdə iştirak edən tələbələr:
1. Vəfa Axundova (Təşkilatçı)
2. Aytən Əlirazyeva (Aparıcı)
3. Sevil Mehdiyeva (Aparıcı)
4. Səbinə Məmişova (DJ)
5. Sitarə İsmayılova
6. Mehriban Rüstəmova
7. Məleykə Naibova
8. Səyyarə Nağıyeva
9. Yusif Yusifzadə
10. Ümid Qasımov (ADİU-nun tələbəsi, qonaq)
11. Əli Dadaşov (Rəqqas, qonaq)

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
24.12.2015

OTHER NEWS