
Doktorantlara məqalənin nüfuzlu elmi jurnallarda çapa hazırlanması qaydaları izah olunub
13.05.2020 748Azərbaycan Universitetinin doktorant və dissertantlarına bu dəfə məqalələrin nüfuzlu elmi jurnallarda çapa hazırlanması haqqında məlumat verilib. “Elmi məqalə: stil və yazı metodikası” mövzusuna həsr olunmuş vebinarı Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva aparıb.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinara qoşulan doktorant və dissertantlara beynəlxalq indekslənən bazalara daxil olan jurnallarda məqalə çap olunmasının tələbləri və mərhələləri, düzgün elmi jurnal seçimi, elmi məqalənin çap üçün təqdim olunma prosesi, beynəlxalq etik normalar haqqında məlumat verilib.
Vebinar müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.
Doktorant və dissertantlar üçün növbəti vebinar 20 may 2020 tarixində keçiriləcək. Vebinarın mövzusu “Dissertasiya: tələblər və hazırlanma metodikası”, başlama saatı isə 13.30-dur. Tədbirdə iştirak etmək istəyən doktorant və dissertantlarımız Elm şöbəsi ilə əlaqə saxlaya bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
13.05.2020