Undergraduate Registration

Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin nəzərinə!

Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatı sentyabrın 25-dən oktyabrın 7-dək onlayn qaydada aparılacaq. Qeydiyyat üçün tələb olunan sənədlərin və təhsil haqqının ödənildiyinə dair qəbzin skan edilmiş surəti qeydiyyat2020@au.edu.az ünvanına göndərilməlidir. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən abituriyentlər bakalavriat səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər. Abituriyentlər əlavə məlumat üçün 050 742 45 88 (whatsapp) və 050 268 38 19 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər. Bundan əlavə 2020/2021-ci tədris ilində qəbul olan bütün tələbələr https://e-telebe.edu.az elektron portalına müraciət edərək qeydiyyatdan keçməlidirlər.  

Bakalavriat qeydiyyatı üçün lazım olan sənədlər

  • Attestatın əsli (subbakalavrlar üçün diplomun əsli və əlavəsi)
  • Şəxsiyyət vəsiqəsinin əsli ("Yeni nəsil şəxsiyyət vəsiqəsi" olarsa e-gov.az internet portalından və ya ASAN xidmətdən "Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış") (3 ədəd surəti ilə birlikdə)
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün)
  • Sağlamlıq haqqında tibbi arayış
  • 6 ədəd 3x4 ölçüsündə fotoşəkil (son 1 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)

Ödənişli əsaslarla təhsil alan

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları;
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələr;
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əslini və notarial qaydada təsdiq olunmuş surətini universitetə təqdim etməlidirlər.

Əlavə sənədlərin siyahısı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ödənişli əsaslarla təhsil alan övladları

  • Əlilliyi təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti
  • Şəhidliyə aid sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti

Hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək ödənişli əsaslarla qəbul olmuş tələbələr

  • Ölüm haqqında şəhadətnamənin əsli və notarial qaydada təsdiq olunmuş surəti
  • Əlilliyi təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti
  • Doğum haqqında şəhadətnamənin əsli və surəti
  • Nikah haqqında şəhadətnamənin əsli və surəti

Ödənişli əsaslarla təhsil alan, I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar

  • Faktı təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti
  • Əlilliyi təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surətini universitetə təqdim etməlidirlər.