NEWS

Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edir

Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edir

31 july 2024

Baxış sayı: 146

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan “Ali Təhsil Müəsisələrinin Sərgisi”ndə iştirak edir. Mərkəzin Elektron İmtahanlar Korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) keçirilən sərgi saat 10.30-dan 17.00-dək davam edir. 31 iyulda başlayan sərgi 2 avqust tarixində yekunlaşacaq. 

Azərbaycan Universitetinin stendi korpusun 4-cü mərtəbəsindədir. Universitetin nümayəndələri burada  abituriyentlərin və valideynlərə Azərbaycan Universiteti haqqında məlumat verir və sualları cavablandırırlar. Azərbaycan Universiteti haqqında təqdimat, karyera və ixtisas seçiminə dair təlimlər isə 506-cı otaqda saat 13.00-dan 13.50-dək təşkil olunur.  

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

https://portal.dim.gov.az/sergi/

Qeyd edək ki, sərgi 9-19 avqust tarixlərində keçiriləcək ixtisas seçimi ərəfəsində abituriyent və ali təhsil müəssisələri arasında əlaqə yaratmaq, onların ixtisas seçiminə dəstək göstərmək məqsədilə təşkil olunur. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS