NEWS

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi təlim-seminar təşkil edib

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi təlim-seminar təşkil edib

28 april 2026

Baxış sayı: 118

Azərbaycan Universitetində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə doktorant və dissertantlar üçün təlim-seminar keçirilib. Tədbirdə Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva “İndekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər” və “Jurnal seçimi və məqalənin təqdimat prosesi” mövzularında məruzə ilə çıxış edib. 

Lətifə Ağamalıyevanın məruzəsi elmi məqalənin növləri, strukturu, məqalənin adının seçilməsi, xülasənin hazırlanması və əhəmiyyəti, açar sözlərin seçilməsi və mövzuya uyğunluğu, giriş, əsas hissə və nəticənin əlaqələndirilməsi və yazılmasında diqqət yetirilməli olan məqamlar, ədəbiyyat siyahısının tərtib olunması və bu kimi mövzuları əhatə edib. Məruzədə indekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələb və qaydalar, həmçinin jurnal seçimi də izah olunub.

Tədbirdə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva da iştirak edib. Nüşabə Quliyeva doktorant və disserantların mövzu ilə bağlı suallarını cavablandırıb. 

Təlim-seminar mövzu ətrafında müzakirələrlə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS