NEWS

Elvin Talışınski “Heydər Əliyev və dövlət gənclər siyasəti” adlı dəyirmi masada məruzə ilə çıxış edib

Elvin Talışınski “Heydər Əliyev və dövlət gənclər siyasəti” adlı dəyirmi masada məruzə ilə çıxış edib

25 july 2024

Baxış sayı: 172

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və dövlət gənclər siyasəti” adlı dəyirmi masada məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər siyasətinin formalaşdırılması və həyata keçirilməsi, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün dövlət proqramı”nın icrasından bəhs olunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə daim böyük inam hissi ilə yanaşdığı vurğulanıb. 

Tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilib. Dəyirmi masada Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin  böyük elmi işçisi Arifə Mustafayeva, AMEA Gənc alim və mütəxəssislər şurasının sədr müavini Şəfa Əliyevanın da çıxışları dinlənilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS