Magistraturaya qeydiyyat

Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrların nəzərinə!

Magistraturaya I turda qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00‑dək; II turda qəbul olmuş şəxslər isə 28 avqust saat 11:00-dan 4 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında “qeydiyyat” düğməsindən istifadə edərək şəxsi kabinet yaratmaq, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. 

Portal qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı

  • Diplomun və ona əlavənin surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər üçün) 
  • Bakalavr dərəcəsi verilməsi haqqında arayış (cari ilin məzunları üçün)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış
  • Hərbi bilet yaxud təhkim şəhadətnaməsi (oğlanlar üçün)
  • 3x4 ölçüdə rəngli şəkil

Daha ətraflı məlumat üçün 

  • Ödəniş, sənədlər və qeydiyyatla bağlı 012 431 41 12 (114) və 050 268 38 19 nömrəli telefon, 
  • Dərslərin təşkili ilə bağlı isə (+99412) 431 41 12 (126) nömrəli telefon ilə əlaqə saxlaya bilərsiniz. 
  • Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.