Beynəlxalq sertifikasiya

Beynəlxalq sertifikasiya

Azərbaycan Universitetinin tələbələri 4 il ərzində ixtisas diplomu ilə yanaşı kompüter biliyinin beynəlxalq səviyyədə təsdiq edən ECDL (European Computer Driving Licence) və ingilis dili biliyinin beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatlarını əldə edə bilərlər. ECDL, PTE kimi beynəlxalq sertifikasiya kurslarının və imtahanlarının keçirilməsinin təşkili universitetin Təlim və Tədris Mərkəzi tərəfindən həyata keçirilir.  

ECDL sertifikatı

Azərbaycan Universiteti kompüter biliklərini ölçən ECDL (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) beynəlxalq sertifikat proqramının ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən artıq ölkə tərəfindən tanınır. 

Daha ətraflı məlumat üçün 
İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi
Tel.: (+99412) 431 41 12 (121)

PTE sertifikatı

Azərbaycan Universiteti PTE (Pearson Test of English – Pearson İngilis dili testi) sertifikatının imtahan alt mərkəzi kimi təsdiq olunub. “PTE Academic” IELTS və TOEFL səviyyəsində beynəlxalq test imtahanı olub tələbələr üçün nəzərdə tutulur. “PTE Professional” imtahan testi isə müəllimlər üçündür.

PTE, IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir.  Testlər tələbələr üçün münasib olan təqvimə əsasən ildə dörd dəfə keçirilir.

Daha ətraflı məlumat üçün 
Tərcümə və filologiya kafedrası
Tel.: (+99412) 431 41 12 (134)