
Nüşabə Quliyevanın məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub
01.12.2021 795Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Direktoru Nüşabə Quliyevanın “Армянский вандализм против религиозных и культурных памятников в Карабахе” məqaləsi Ukraynanın nüfuzlu “Політикус” (Politicus) elmi jurnalında dərc olunub.
Məqalədə XX əsrin 90-cı illərində Dağlıq Qarabağ və ona bitişik ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra oradakı mədəniyyət və dini abidələrin dağıdılması, muzey eksponatlarının talanması, məktəblərin yandırılması və digər vandalizm faktları araşdırılmışdır.
Jurnal Ukrayna Ali Attestasiya Komisiyasının tövsiyə edilən elmi nəşrləri siyahısındadır və beynəlxalq Index Copernicus bazasında indekslənir.
İctimaiyyətlə əlaqələr şöbəsi
01.12.2021