XƏBƏRLƏR

Polşalı alim Tomasz Boberin mühazirələri yekunlaşıb

Polşalı alim Tomasz Boberin mühazirələri yekunlaşıb

04 may 2022

Baxış sayı: 1318

Polşanın Krakov İqtisadiyyat Universitetinin müəllimi Tomasz Boberin Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında təhsil alan tələblərinə mühazirələri yekunlaşıb.

Tomasz Boberin mühazirələri “Elektron ticarətin tarixi, formaları və meyilləri”, “Yaradıcı reklam və marketinq yenilikləri ilə rəqiblərdən fərqlənmək” və “Biznes planının hazırlanması” mövzularında olub.

Sonda Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov Tomasz Boberə sertifikat təqdim edib.

Qeyd edək ki, polşalı alim “Erasmus +” mübadilə proqramı ilə Azərbaycan Universitetində mühazirə oxuyub.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.05.2022


DİGƏR XƏBƏRLƏR