XƏBƏRLƏR

Azərbaycan Universitetində “CV hazırlama qaydaları” mövzusunda təlim keçirilib

Azərbaycan Universitetində “CV hazırlama qaydaları” mövzusunda təlim keçirilib

20 iyun 2022

Baxış sayı: 874

Azərbaycan Universitetinin ənənəvi “Karyera Günü”nə hazırlıq məqsədilə “CV hazırlama qaydaları” mövzusunda təlim keçirilib. Gənclərlə iş üzrə mütəxəssis, universitetin magistratura II kurs tələbəsi Şalan Novruzovun apardığı təlimdə qeyd olunub ki, CV-nin hazırlanması işə qəbul prosesinin əsas mərhələlərindən biridir. Ona görə də iş həyatına atılmaq istəyən, hər gün dəyişərək yenilənən əmək bazarına daxil olan hər bir gəncin atacağı ilk addım səliqəli və diqqətçəkən CV hazırlamaq olmalıdır.

Təlimdə iştirakçılara düzgün CV necə hazırlanır, strukturu və məlumatların ardıcıllığı, tərtibatı necə olmalıdır, şirkətdən daha tez cavab almaq üçün CV-də nələrə diqqət etmək lazımdır kimi mövzular haqqında ətraflı məlumat verilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
20.07.2022
 


DİGƏR XƏBƏRLƏR