XƏBƏRLƏR

Azərbaycan Universiteti 2022/2023-cü tədris ili üçün ikinci ali təhsil üzrə sənəd qəbulu elan edir

Azərbaycan Universiteti 2022/2023-cü tədris ili üçün ikinci ali təhsil üzrə sənəd qəbulu elan edir

07 iyul 2022

Baxış sayı: 5398

Azərbaycan Universiteti 2022/2023-cü tədris ili üçün ikinci ali təhsil üzrə sənəd qəbulu elan edir.

İkinci ali təhsil əyani və qiyabi təhsil formalarında həyata keçirilir. İkinci ali təhsili almaq üçün əvvəlki ali təhsili və ya hal-hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində  müsabiqə komissiyası tərəfindən müəyyən edilir.

Azərbaycan Universitetində ikinci ali təhsil aşağıdakı ixtisaslar üzrə təşkil olunur:

  • Marketinq (qiyabi)
  • Mühasibat (qiyabi)
  • Sosial iş (qiyabi)
  • Turizm işinin təşkili (qiyabi)

Təkrar ali təhsil üçün sənəd qəbulu 02-31 avqust 2022 tarixlərində və yalnız onlayn formada office@au.edu.az elektron poçtu vasitəsilə aparılacaqdır.

Təhsil haqqı bütün ixtisaslar üzrə illik 2000 manatdır.

Müraciət üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə
  • Ali təhsili haqqında sənədin (diplomun) surəti, diploma əlavə və akademik transkript
  • Əmək kitabçasından çıxarış
  • İş yerindən arayış
  • 4 ədəd 3x4 fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış

İctimaiyyətlə əlaqələr şöbəsi
07.07.2022

DİGƏR XƏBƏRLƏR