• E - LEARNING (MOODLE)
  • XƏBƏRLƏR
  • |
  • ELANLAR
  • |
  • MƏZUNLAR
  • |
  • ELEKTRON KİTABXANA
  • |
  • AZ
    • EN
  • |
  •  
AZƏRBAYCAN UNİVERSİTETİ
  • Haqqımızda
    • İlk özəl Universitet
    • Qısa nəzər
    • Vizyon, Missiya, Dəyərlər
    • AU-30
      • 30-CU İL LOQOSU
      • BİZİ TƏBRİK EDİRLƏR
      • XATİRƏ KİTABI
    • Rəhbərlik
    • Akkreditasiya haqqında Sertifikat
    • Keyfiyyət siyasəti
    • Elmi şura
    • Akademik təqvim
    • Təlim və Tədris Mərkəzi
    • İnzibati şöbələr
      • Elmi kitabxana
      • Elm şöbəsi
      • Tədris şöbəsi
      • Tələbələrlə iş şöbəsi
      • İctimaiyyətlə əlaqələr şöbəsi
    • Media üçün
    • Bizimlə əlaqə
  • Qəbul
    • Abituriyent Məsləhət Mərkəzi
    • 2022/2023-cü tədris ili üçün bakalavriat pilləsinə qəbul planı
    • 2022/2023-cü tədris ili üçün magistratura pilləsinə qəbul planı
    • 2022/2023-ci tədris ili üçün magistratura üzrə boş qalan yerlər
    • 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul planı
    • Magistraturaya qeydiyyat
    • Bakalavriat ixtisasları
    • Magistratura ixtisasları
    • Xarici vətəndaşların qəbulu
    • İkinci ali təhsil
    • Dövlət sifarişi əsasında qəbul
    • Azərbaycan Universiteti haqqında
  • Fakültələr
    • Biznes və iqtisadiyyat fakültəsi
      • Biznes və iqtisadiyyat fakültəsi
      • Maliyyə və iqtisadiyyat kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • Humanitar fənlər fakültəsi
      • Humanitar fənlər fakültəsi haqqında
      • Azərbaycan dili və ədəbiyyat kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • İctimai elmlər kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • Sosial işin təşkili kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • Xarici dillər kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • İKT fakültəsi
      • İKT fakültəsi haqqında
      • Riyaziyyat və informatika kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
      • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi haqqında
      • Sənədlər
  • Tələbə həyatı
    • Müsabiqələr
      • Sağlam bir dünya üçün yaşıl enerji
    • Beynəlxalq İkili Diplom Proqramı
    • UDİD Proqramı
    • Beynəlxalq sertifikasiya
    • Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd
    • Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd
    • Təhsil haqqına güzəşt
    • Tələbələrin dil hazırlığı
    • Tyutor xidməti
    • Karyera mərkəzi
    • Tələbə Gənclər Təşkilatı
    • Tələbənin nizam-intizam qaydaları
  • Beynəlxalq əlaqələr
    • Beynəlxalq əlaqələr şöbəsi
    • Beynəlxalq əməkdaşlıq
    • Beynəlxalq proqramlar
      • Erasmus+ Proqramı
      • Mevlana Mübadilə Proqramı
    • Beynəlxalq tələbə qəbulu
      • Beynəlxalq tələbələrin bakalavriata qəbulu
      • Beynəlxalq tələbələrin magistraturaya qəbulu
      • Tələbə mübadiləsi
    • İngilisdilli ixtisaslar
    • Viza və müvəqqəti yaşayış
    • Əlaqə
  • Nəşrlər
    • "İpək yolu" jurnalı
    • "Çağlayan" jurnalı
    • Xüsusi nəşrlər
  • Konfranslar
    • 2022
      • Gənc tədqiqatçıların V respublika elmi konfransı
      • Azərbaycan xalqının etnogenezi və milli kimlik məsələsi
      • İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər
    • 2021
      • Gənc tədqiqatçıların IV respublika elmi konfransı
      • Nizami Gəncəvinin əsərləri ədəbi və tarixi mənbə kimi
      • İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər
      • Gender Problem and Modern Azerbaijan
    • 2020
      • Gender Problem and Modern Azerbaijan
      • International Conference on Natural Sciences and Technologies
      • Gənc tədqiqatçıların III respublika elmi konfransı
    • 2019
      • Gender problemi və müasir Azərbaycan
      • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
      • Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransı
      • V Avropa İqtisadi Konqresi
      • Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər
    • 2018
      • Gender problemi və müasir Azərbaycan
      • Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətləri
      • Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı
      • AXC-nin 100 illiyinə həsr olunmuş "Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi" konfransı
      • İnnovasiyalar və yaradıcılıq
      • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
    • 2017
      • Gender problemi və müasir Azərbaycan

XƏBƏR ARXİVİ

  1. Əsas səhifə
  2. XƏBƏR ARXİVİ

Azərbaycan Universitetində “Açıq qapı” günləri başlayır

29.07.2018 6705

Azərbaycan Universiteti abituriyent və valideynləri ixtisas seçimi mərhələsində “Açıq qapı” günlərinə dəvət edir. “Açıq qapı” günləri 30 iyul-13 avqust tarixləri arasında saat 10.00-dan 16.00-dək keçiriləcək.

“Açıq qapı” günlərinin iştirakçıları Azərbaycan Universitetində 2018/2019-cu tədris ili üçün  qəbul aparılan ixtisaslar, fakültələr, keçid balları, ödənişlər, təqaüd proqramları, universitetin qoşulduğu beynəlxalq mübadilə proqramları, xaricdə təhsil imkanları, tələbə həyatı haqqında, həmçinin seçmək istədikləri ixtisasın karyera perspektivləri haqqında ətraflı məlumat ala biləcək, onları maraqlandıran suallarla universitet əməkdaşlarına müraciət edə biləcəklər. İştirakçılara Azərbaycan Universitetinin tədris binası ilə tanış olmaq imkanı da yaradılacaq.  

“Açıq qapı” günlərində iştirak etmək üçün öncədən qeydiyyat tələb olunmur. Abituriyent və valideynlər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi”nə şəxsiyyət vəsiqələrini təqdim etməklə məlumat sessiyasında və infoturda iştirak edə bilərlər.

 “Açıq qapı” günlərində iştirak etmək imkanı olmayan abituriyent və valideynlər isə suallarını Azərbaycan Universitetinin rəsmi Facebook səhifəsinə (www.facebook.com/AzerbaycanUnv), qebul@au.edu.az elektron  poçtuna ünvanlaya bilərlər. İxtisas seçimi günlərində +99412 431 41 12 (133) şəhər telefonu və 055 220 40 58 mobil telefon da abituriyent və valideynlərə informasiya xidməti göstərəcək. Azərbaycan Universiteti haqqında ətraflı məlumatı www.au.edu.az saytını ziyarət etməklə də əldə etmək mümkündür.

Bütün bunlarla yanaşı, Dövlət İmtahan Mərkəzinin Azərbaycan Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə köməklik göstərmək məqsədiylə fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi”nin xüsusi treyninq keçmiş əməkdaşları müraciət edənlərə müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında məsləhət xidməti və texniki dəstək göstərəcəklər. Mərkəz həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək ödnişsiz əsaslarla fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Universitetinə qəbul Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır. Bütün ixtisaslara Dövlət Sifarişi ilə (ödənişsiz) qəbul mümkündür. Bütün ixtisaslar üzrə təhsialma forması əyanidir.

Qəbul aparılan ixtisasların siyahısı

I Qrup

  • 155114 Kompüter mühəndisliyi (Az.) – 2500 manat

 II Qrup

  • 155122 Mühasibat uçotu və audit (Az.) – 2000 manat
  • 155147 Maliyyə (Az.) - 2000 manat
  • 155163 İqtisadiyyat (Az.) - 2000 manat
  • 155188 Menecment (Az.) - 2000 manat
  • 155211 Marketinq (Az.) - 2000 manat
  • 155236 Biznesin idarə edilməsi (Az.) - 2000 manat
  • 155252 Kommersiya (Az.) - 2000 manat
  • 155139 Mühasibat uçotu və audit (İng.) - 2500 manat
  • 155155 Maliyyə (İng.) - 2500 manat
  • 155171 İqtisadiyyat (İng.) - 2500 manat
  • 155196 Menecment (İng.) - 2500 manat
  • 155228 Marketinq (İng.) - 2500 manat
  • 155244 Biznesin idarə edilməsi (İng.) - 2500 manat

III Qrup

  • 155269 Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (Az.) - 2500 manat
  • 155277 Tərcümə (İngilis dili) (Az.) – 3000 manat
  • 155285 Tarix (Az.) - 2500 manat
  • 155293 Sosial iş (Az.) - 2500 manat

 

Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.

Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir.

Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Semestr ərzində minimum 30 kreditlik fənn götürmüş, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.

Azərbaycan Universiteti tərəfindən təsis olunan "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.

2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Universitetinə qəbul olmuş 600 və yuxarı bal toplamış tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.

Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.

Ödənişli əsaslarla təhsil alan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları təhsil ödənişindən azaddırlar. 

İctimaiyyətlə əlaqələr şöbəsi
29.07.2018

Yeni xəbərlər
11 Avqust 2022
Azərbaycan Universitetində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib
11 Avqust 2022
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 23 ixtisas üzrə qəbul aparacaq
05 Avqust 2022
Magistratura üzrə boş qalan plan yerlərinə qəbul aparılacaq
02 Avqust 2022
Azərbaycan Universitetinin 207 tələbəsi Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənnində iştirak edib
01 Avqust 2022
Abituriyentlər ixtisas seçimi günlərində Azərbaycan Universitetinə müraciət edə bilərlər
01 Avqust 2022
Əməkdaşlarımızın tədqiqat işi nüfuzlu Springer nəşriyyatı tərəfindən çap olunub
27 İyul 2022
Professor Qabil Əliyevin məqaləsi “İrs Heritage” jurnalında dərc olunub
11 İyul 2022
Başsağlığı
08 İyul 2022
Professor Qorxmaz Quliyevin “Açırıq qapıları, örtürük qapıları, keçirik qapılardan” adlı kitabının təqdimatı keçirilib
07 İyul 2022
Azərbaycan Universiteti 2022/2023-cü tədris ili üçün ikinci ali təhsil üzrə sənəd qəbulu elan edir
Foto qalereya

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən
qoyulub.

Ətraflı..
Korporativ
  • Loqo
  • Bayraq
  • Himn
Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəxsi Kabinet Portalı
Tez Əlaqə
  • (+99412) 431 41 12/13/16/17
  • office@au.edu.az
  • Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71

ABUNƏ OL

Copyright ©2017 Azerbaijan University. All Rights Reserved