
Azərbaycan Universitetində yay semestri başlayıb
15.07.2019 4680Bu gündən Azərbaycan Universitetində yay semestri başlayıb. Semestr 23 avqust 2019 tarixində yekunlaşacaq.
Yay semestrində dərslər ümumilikdə 55 fənn üzrə aparılır. Dərslərdə 110 tələbə iştirak edir. Yay semestrində Azərbaycan Universitetinin tələbələri ilə yanaşı digər ali məktəblərin tələbələri də iştirak edir. Fənləri tədris etmək üçün 26 müəllim cəlb olunub.
Qeyd edək ki, yay semestri akademik borcu qalmış və ya hər hansı fənn üzrə qiymətlərini yüksəltmək istəyən tələbələr üçün təşkil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi
15.07.2019