Kompüter mühəndisliyi


  • İxtisasın adı: Kompüter mühəndisliyi
  • İxtisas qrupu: I
  • Fakültə: İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
  • Tədrisin dili: Azərbaycan dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN

Kompüter mühəndisliyi ixtisasının məzunları həm yerli, həm də beynəlxalq əmək bazarında ən çox tələb olunanlar sırasındadır. Onların işi əsas olaraq avtomatlaşdırılmış sistemlərin və kompüter şəbəkələrinin layihələndirilməsi, planlaşdırılması, qurulması, testləşdirilməsi, idarə olunması və optimallaşdırılmasından ibarətdir.

Kompüter mühəndisliyi, kompüter sistemlərinin həm fiziki (hardware), həm də proqram təminatı (software) hissəsini dərinləməsinə əhatə edən ixtisasdır. Bu ixtisas Azərbaycan Universitetində İnformasiya - kommunikasiya texnologiyaları fakültəsi tərəfindən tədris olunur. Fakültəyə Azərbaycan, Türkiyə, Rusiya və bir sıra Qərb ölkələrinin aparıcı universitetlərinin məzunları, müxtəlif xarici elm mərkəzlərində çalışmış və fəaliyyət göstərmiş mütəxəssislər cəlb olunub. 

Dərslər zəngin fundamental araşdırma və sənaye təcrübəsi olan ali təhsil peşəkarları tərəfindən tədris olunur, bu da tələbələrə yüksək təhsil səviyyəsini əldə etmə fürsətini verir. Abituriyentlər Azərbaycan Universitetini Kompüter mühəndisliyi ixtisası üzrə seçdikləri halda lazım olan bütün bilik və bacarıqları yüksək səviyyəli mütəxəssislərdən öyrənməklə yanaşı, həm interaktiv dərslərin iştirakçısı olur, həm də praktiki vərdiş və bacarıqları müasir avadanlıqla təchiz olunmuş laboratoriyalarda tətbiq və inkişaf etdirə bilirlər. 

Azərbaycan Universitetində ixtisas üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi və tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması üçün infrastruktur mövcuddur, müasir proqram təminatları ilə təchiz olunmuş kompüter laboratoriyaları fəaliyyət göstərir. Bütün kompüterlərdə Təhsil Nazirliyinin standartlarına və tədris olunan fənlərin tələbətına uyğun proqram təminatları quraşdırılıb. 

 Laboratoriya işləri ilə yanaşı tədris dövründə keçilən istehsalat təcrübəsi də praktiki təcrübə ilə tanış olmaq imkanı yaradır. Tələbələr gərək istehsalat, gərəksə də diplomqabağı təcrübədə kompüter sistemlərindən aktiv istifadə edən bir çox dövlət və kommersiya şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olurlar.

Kompüter mühəndisliyini bakalavr səviyyəsində bitirdiklərində məzunlar aşağıda qeyd olunan bilik və bacarıqlara yiyələnmiş olurlar:

  • Kompüterlərin qurulması, təmir olunması, proqram təminatının quraşdırılması;
  • Kompüter şəbəkələrinin layihələndirilməsi, qurulması, sazlanması;
  • Əməliyyat sistemlərin administrasiyası;
  • Müxtəlif təyinatlı proqram təminatının yaradılması;
  • Verilənlər bazalarının idarə olunması.

Hazırda iqtisadiyyatın bütün sahələrində kompüter sistemləri geniş şəkildə istifadə olunur. Bütün dövlət və kommersiya qurumlarında kompüter sistemləri, bir çox müəssisədə İKT (İnformasiya və kommunikasiya texnologiyaları) şöbələri mövcuddur. Kompüter mühəndisliyinin bakalavr proqramını uğurla bitirən məzunlar bir çox dövlət və kommersiya, yerli və xarici şirkətdə işləyə bilərlər, eləcə də özəl qaydada müxtəlif sifarişləri yerinə yetirə bilərlər.

İxtisas üzrə bilik və bacarıqlar tələbələrə aşağıdakı peşə fənlərinin tədrisi vasitəsiylə öyrədilir:

  • Kompüter arxitekturası
  • Proqramlaşdırmanın əsasları
  • Sistem proqramlaşdırılması və əməliyyat sistemləri
  • Rəqəmsal sistemlər
  • Kompüter şəbəkələri
  • Veb proqramlaşdırılması və layihələndirilməsi
  • Kompüter sxemotexnikası və mikroprosessor sistemləri
  • Obyektyönlü proqramlaşdırma
  • Kompüter qrafikası
  • Verilənlər bazasının idarəetmə sistemləri

Kompüter mühəndisliyi ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.