• E - LEARNING (MOODLE)
  • XƏBƏRLƏR
  • |
  • ELANLAR
  • |
  • MƏZUNLAR
  • |
  • ELEKTRON KİTABXANA
  • |
  • AZ
    • EN
  • |
  •  
AZƏRBAYCAN UNİVERSİTETİ
  • AU-30
    • 30-CU İL LOQOSU
    • BİZİ TƏBRİK EDİRLƏR
    • XATİRƏ KİTABI
  • Qəbul
    • Abituriyent Məsləhət Mərkəzi
    • 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul planı
    • 2021/2022-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul planı
    • 2021/2022-ci tədris ili üçün magistratura pilləsinə qəbul planı
    • Bakalavriat ixtisasları
    • Magistratura ixtisasları
    • Xarici vətəndaşların qəbulu
    • İkinci ali təhsil
    • Dövlət sifarişi əsasında qəbul
    • Azərbaycan Universiteti haqqında
  • Haqqımızda
    • İlk özəl Universitet
    • Qısa nəzər
    • Vizyon, Missiya, Dəyərlər
    • Rəhbərlik
    • Akkreditasiya haqqında Sertifikat
    • Keyfiyyət siyasəti
    • Elmi şura
    • Akademik təqvim
    • Təlim və Tədris Mərkəzi
    • İnzibati şöbələr
      • Elmi kitabxana
      • Elm şöbəsi
      • Tədris şöbəsi
      • Tələbələrlə iş şöbəsi
      • İctimaiyyətlə əlaqələr şöbəsi
    • Media üçün
    • Bizimlə əlaqə
  • Fakültələr
    • Biznes və iqtisadiyyat fakültəsi
      • Biznes və iqtisadiyyat fakültəsi
      • Maliyyə və iqtisadiyyat kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • Humanitar fənlər fakültəsi
      • Humanitar fənlər fakültəsi haqqında
      • Azərbaycan dili və ədəbiyyat kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • İctimai elmlər kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • Sosial işin təşkili kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • Xarici dillər kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • İKT fakültəsi
      • İKT fakültəsi haqqında
      • Riyaziyyat və informatika kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
      • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi haqqında
      • Sənədlər
  • Tələbə həyatı
    • Müsabiqələr
      • Sağlam bir dünya üçün yaşıl enerji
    • Beynəlxalq İkili Diplom Proqramı
    • UDİD Proqramı
    • Beynəlxalq sertifikasiya
    • Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd
    • Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd
    • Təhsil haqqına güzəşt
    • Tələbələrin dil hazırlığı
    • Tyutor xidməti
    • Karyera mərkəzi
    • Tələbə Gənclər Təşkilatı
    • Tələbənin nizam-intizam qaydaları
  • Beynəlxalq əlaqələr
    • Beynəlxalq əlaqələr şöbəsi
    • Beynəlxalq əməkdaşlıq
    • Beynəlxalq proqramlar
      • Erasmus+ Proqramı
      • Mevlana Mübadilə Proqramı
    • Beynəlxalq tələbə qəbulu
      • Beynəlxalq tələbələrin bakalavriata qəbulu
      • Beynəlxalq tələbələrin magistraturaya qəbulu
      • Tələbə mübadiləsi
    • İngilisdilli ixtisaslar
    • Viza və müvəqqəti yaşayış
    • Əlaqə
  • Nəşrlər
    • "İpək yolu" jurnalı
    • "Çağlayan" jurnalı
    • Xüsusi nəşrlər
  • Konfranslar
    • 2022
      • Gənc tədqiqatçıların V respublika elmi konfransı
      • Azərbaycan xalqının etnogenezi və milli kimlik məsələsi
      • İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər
    • 2021
      • Gənc tədqiqatçıların IV respublika elmi konfransı
      • Nizami Gəncəvinin əsərləri ədəbi və tarixi mənbə kimi
      • İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər
      • Gender Problem and Modern Azerbaijan
    • 2020
      • Gender Problem and Modern Azerbaijan
      • International Conference on Natural Sciences and Technologies
      • Gənc tədqiqatçıların III respublika elmi konfransı
    • 2019
      • Gender problemi və müasir Azərbaycan
      • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
      • Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransı
      • V Avropa İqtisadi Konqresi
      • Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər
    • 2018
      • Gender problemi və müasir Azərbaycan
      • Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətləri
      • Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı
      • AXC-nin 100 illiyinə həsr olunmuş "Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi" konfransı
      • İnnovasiyalar və yaradıcılıq
      • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
    • 2017
      • Gender problemi və müasir Azərbaycan

Sosial iş

  1. Əsas səhifə
  2. İxtisaslar
  3. Bakalavriat ixtisasları
  4. Sosial iş

İxtisasın adı: Sosial iş
İxtisas qrupu: III
Fakültə: Humanitar fənlər 
Təhsilin səviyyəsi: Bakalavriat
Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
Tədrisin dili: Azərbaycan dili
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2500 AZN
                        Azərbaycan bölməsi, qiyabi – 1800 AZN

Sosial iş ixtisasının missiyası rifah, sosial və iqtisadi ədalətin bərqərar olmasına töhfə verməkdir. Bu proqram tələbələrə sosial məsələlər, sosial problemlər, sosial rifah və sosial işə aid qanunvericilik bazası, sosial siyasət, sosial işin nəzəriyyələri və sosial iş müdaxilələri və fəaliyyətləri barədə biliklərin ötürülməsinə xidmət edir.
Proqram Sosial iş tələbələrinə ehtiyacların araşdırılması və təhlil edilməsi, nəticələrə müvafiq sosial işin həyata keçirilməsi, eyni zamanda bu sahədə tədqiqat aparmaq bacarıqlarını aşılayır. Tələbələr proqram boyunca Sosial iş peşəsi üçün vacib olan bilik və bacarıqlara yiyələnir, din, etnik mənsubiyyət, gender, yaş və funksionallığın insanların hüquqlarına və onlara qarşı olan münasibətə təsiri meyilləri barədə məlumatlanırlar.

Proqramın məqsədləri:

  • Ədalətsizliklə mübarizə aparması və sosial dəyişikliyi təşviq etməsi məqsədilə sosial işçilər hazırlamaq;
  • Ailə və icma sistemlərinin imkanlarını gücləndirməklə risk qrupuna daxil olan fərdlər və ailələrlə işləyə biləcək sosial işçilər hazırlamaq;
  • Fərdlərə və ailələrə təsir edən məsələləri, sosial siyasəti və icma ehtiyaclarını yaxşı mənada dəyişə bilən “dəyişiklik agentləri”ni hazırlamaq;
  • Müxtəlif əhali qrupları ilə qəbul olunmuş etik prinsiplər çərçivəsində işləməyə qadir olan ümumi sosial işçilər hazırlamaq;
  • Davamlı sosial iş təhsili üçün zəmin yaratmaq.

Azərbaycan Universitetində Sosial iş ixtisası Sosial işin təşkili kafedrasının tərkibindədir. Kafedranın 5 müəllimi xaricdə magistratura səviyyəsində Sosial iş təhsili alıb. Onlardan ikisi ABŞ-ın Washington St. Louis Sosial iş Məktəbinin, ikisi Columbia Universitetinin, biri isə Stockholm Universitetinin məzunudur. Müəllimlərdən 4 nəfəri fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Ümumilikdə isə kafedranın müəllimlərinin hər birinin Sosial iş sahəsində praktiki baxımdan dərin təcrübəsi var.

Azərbaycan Universitetini digər ali təhsil müəssisələrindən fərqləndirən amillərdən biri də dərs deyən müəllimlərin sırf Sosial iş təhsilinə malik olmasıdır. Bundan əlavə müəllimlər Sosial işi müxtəlif səviyyələrdə (mikro, mezo və makro) həyata keçirən yerli və beynəlxalq təşkilatlarda Sosial işçi kimi işləyirlər. Onların işdə qazandıqları təcrübə dərs zamanı real keyslərin (konfidensiallığın qorunması şərti ilə) təqdim edilməsi, həmin keyslərə nəzəriyyələrin tətbiq edilməsi zamanı yerli xüsusiyyətlər nəzərə alınmaqla həll edilməsi üçün zəmin yaradır.

Abituriyentlər Azərbaycan Universitetini seçdikləri halda ixtisas üzrə bilikləri sırf Sosial iş mütəxəssislərindən öyrənəcək, interaktiv dərslərin iştirakçısı olacaq və praktiki Sosial işçiyə lazım olan bütün bilik və bacarıqlara yiyələnəcək, bununla yanaşı, AU-nun xarici universitetlərlə əlaqələri əsasında İsveç Krallığının Lund Universiteti və Türkiyənin Hacettepe Universitetində ixtisasları üzrə müvafiq olaraq 1 (bir), yaxud 2 (iki) semestr təhsil almaq imkanı əldə edəcəklər.

Sosial iş ixtisası üzrə təhsil alan tələbələr tədris prosesində sosial xidmət göstərən bütün dövlət, qeyri-dövlət və beynəlxalq təşkilatlarla tanış olur, müqavilə əsasında müvafiq təşkilat və müəssisələrə istehsalat təcrübəsinə göndərilir. Təcrübə rəhbəri həmin tələbələrin təşkilatlardakı fəaliyyətinə supervayzerlik edir, tələbələrin təcrübə yerindən mümkün qədər çox faydalanması üçün onları qəbul edən təşkilatlarla danışıqlar aparılır.

Sosial işin bakalavriat səviyyəsini bitirdiklərində məzunlar fərdi, qrup və icma səviyyələrində sərbəst Sosial işçi kimi işləmək üçün tələb olunan bilik və bacarıqlara yiyələnmiş olurlar.

Sosial iş ixtisasını bitirən məzunlar əhalinin müxtəlif qruplarının sosial müdafiəsini həyata keçirən dövlət və qeyri-dövlət təşkilatlarında, həmçinin müvafiq beynəlxalq təşkilatların yerli nümayəndəliklərində çalışa bilirlər. Bu təşkilatlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Təhsil Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının müvafiq fondları və s. aid etmək olar.

Sosial iş ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

 Cambridge International Academics
Hacettepe Universiteti
Synergy Group
Gazi Universiteti
Anadolu Universiteti
Oxbridge Academy
Selçuk Universiteti
Vechta Universiteti

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən
qoyulub.

Ətraflı..
Korporativ
  • Loqo
  • Bayraq
  • Himn
Tez Əlaqə
  • (+99412) 431 41 12/13/16/17
  • office@au.edu.az
  • Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71

ABUNƏ OL

Copyright ©2017 Azerbaijan University. All Rights Reserved