Konfransın işçi dilləri – azərbaycan, rus, ingilis
Tezislərin tərtibi qaydaları
Həcm 3 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material rus və ya ingilis dilində təqdim edilirsə tezisin sonunda azərbaycan dilində xülasə əlavə olunmalıdır.
Tezisin strukturu
Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).